Türkiyə XİN Kramatorsk vağzalına hücumu pisləyib

Dünya

09.04.2022 - 02:35

Həkimlər Klinikalar SEO Xidməti

XİN: "Dərhal atəşkəs təmin olunmalıdır"

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına endirilən raket zərbəsi ilə bağlı bəyanat yayıb.

AYNA-nın məlumatına görə, nazirlik raket zərbəsi nəticəsində onlarla insanın ölümü və yaralanmasının kədərverici olduğunu bildirib.

“Bu faciəvi hadisə mülki əhalinin təhlükəsiz təxliyəsini təmin etmək üçün humanitar dəhlizlərin yaradılmasının vacibliyini və aktuallığını bir daha nümayiş etdirdi. Bu münasibətlə biz dərhal atəşkəsin təmin edilməsi və bu dağıdıcı müharibəyə son qoymağa dair çağırışımızı bir daha təkrar edirik”,- deyə nazirlik vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş