Telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə telefonla danışıb.
AYNA bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, telefon danışığı zamanı Ukraynadakı müharibə ilə bağlı son hadisələr müzakirə olunub.
Dmitri Kuleba da Bartında baş verən qəza ilə bağlı Türkiyə tərəfinə dərin hüznlə başsağlığı verib.