Türkiyə Ordusu 23 PKK terrorçusunu zərərsizləşdirib

Dünya

02.10.2022 - 15:46

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat kçirib

Türkiyə Silahlı Qüvvələri İraq ərazisində hərbi hava əməliyyatı keçirib. AYNA-nın məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, nəticədə 23 PKK terrorçusu zərərsizləşdirilib.

Əməliyyat Türkiyə sərhədindən 140 kilometr içəridə, İraqın şimalında yerləşən Asos bölgəsində həyata keçirilib.

Zərərsizləşdirilən terrorçu sayının artacağı gözlənilir.

Müəllif: Ayna.az