Türkiyə Ordusu 12 terrorçunu zərərsizləşdirib

Dünya

18.09.2022 - 20:07

Həkimlər Klinikalar SEO Xidməti

Aşkar edilən hədəflər dərhal atəşə tutulub

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda sərhəd zastavasına terrorçular tərəfindən edilən hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, daha bir əsgər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə tərəfi cavab tədbirlərinə başlayıb. Bölgədə aşkar edilən hədəflər dərhal atəşə tutulub. İlkin hesablamalara görə 12 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş