Türkiyə ilə Monqolustan strateji tərəfdaşlıq müqaviləsi imzalayıb

Dünya

17.01.2025 - 15:14

Həkimlər Klinikalar SEO Xidməti

Strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə və 10 müqavilə imzalanıb

Türkiyə ilə Monqolustan arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə və 10 müqavilə imzalanıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Monqolustan Prezidenti Xuralsux Uxnaa arasında keçirilən danışıqlardan sonra baş tutub.

İki ölkə arasında radio və televiziya, rəqabət siyasəti, nəqliyyat, səhiyyə, təhsil, gənclər və idman, mədənçıxarma, ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı sahələrində də sazişlər imzalanıb.

Müəllif: Ayna.az