Tramp: “Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm”

Dünya

06.08.2023 - 15:45

cedabet dərman SEO Xidməti

“Silahlar hazırda o qədər güclüdür ki, bütün dünyanı məhv etməyə qadirdir”

“Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını yalnız mən ala bilərəm”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp deyib.

Tramp bu fikirlərini Cənubi Karolina ştatında ABŞ Respublikaçılar Partiyasından olan tərəfdarlarının qarşısında səslənib.

“Silahlar hazırda o qədər güclüdür ki, bütün dünyanı məhv etməyə qadirdir. Mən buna icazə verməyəcəyəm və inanıram ki, bunu edə bilən yeganə şəxs mənəm”, - Tramp bildirib.

Sabiq Prezident həmçinin Ukraynada müharibəni həll edə biləcəyinə söz verib. Siyasətçinin fikrincə, o, münaqişənin həlli üçün həm Moskva, həm də Kiyev üçün məqbul olan yollar tapa biləcək.

Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, seçkidə qalib gəlsə, Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə cəmi 24 saat ərzində nail ola biləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş