Tramp məhkəməni seçkilərə qədər təxirə salmağı xahiş edib

Dünya

11.07.2023 - 13:53

cedabet dərman SEO Xidməti

“Seçkidən əvvəl məhkəmə prosesinin keçirilməsi fövqəladə problemlər yaradacaq”

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Ağ Evdən məxfi materialların çıxarılması ilə bağlı məhkəmə prosesinin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə qədər təxirə salınmasını xahiş edib. AYNA xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti yazıb.

Trampın vəkilləri qeyd ediblər ki, seçkidən əvvəl məhkəmə prosesinin keçirilməsi münsiflər heyətinin seçilməsi prosesində fövqəladə problemlər yaradacaq və müttəhimlərin ədalətli və qərəzsiz məhkəmə araşdırması imkanlarını məhdudlaşdıracaq.

Qeyd edək ki, Trampa qarşı 37 maddə üzrə ittiham irəli sürülüb. İttiham aktında “məxfi sənədləri qanunsuz saxlama”, “yalan şahidlik”, “ədalətə mane olmaq üçün sui-qəsd” kimi maddələr var. Onların hər biri Ağ Evin keçmiş rəhbərini 20 il həbslə hədələyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş