“Şimali Koreya lideri genetik olaraq kifayət qədər ağıllı doğulub”
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı çox ağıllı, hiyləgər və amansız insan adlandırıb. AYNA xəbər verir ki, siyasətçi bunu “YouTube”də “Full Send Podcast” kanalına müsahibəsi zamanı deyib.
"Çox ağıllı, çox hiyləgər və çox amansızdır", deyə Tramp bildirib.
Bundan əlavə, keçmiş ABŞ prezidentinin sözlərinə görə, Şimali Koreya lideri “genetik olaraq kifayət qədər ağıllı doğulub” və ölkənin ordusu üzərində nəzarəti bərqərar edə bilib.
Kanalın aparıcısı Trampdan Kim Çen İni bir sözlə təsvir etməsini istəyib. Siyasətçi isə Inı “maraqlı insan” kimi xarakterizə edib.