"Ərdoğan həm Putin, həm də Zelenski ilə görüşə bilən liderdir”
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Ərdoğandan Ukraynadakı münaqişənin həllində vasitəçi olmağı istəyib. AYNA.AZ bu barədə Türkiyə mediasına istinadən bildirir.
Jurnalist Abdulkadir Selvinin sözlərinə görə, Ərdoğan “bu vasitəçilik təklifinə müsbət cavab verib”.
"Ərdoğan həm Putin, həm də Zelenski ilə görüşə bilən liderdir. O əsirlərin mübadiləsinə və “taxıl dəhlizi”nin açılmasına şərait yaradıb", - yazar bildirib.