ABŞ-ın yeni Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı iddialarından əl çəkməyib
ABŞ-ın yeni Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı iddialarından əl çəkməyib və Danimarkanı ticarət müharibəsi ilə hədələməkdə davam edir.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə yanvarın 15-də Amerikanın yeni lideri ilə telefon danışığından sonra Danimarkanın Baş naziri Mette Frederiksen məlumat verib.
“Çərşənbə günü telefon danışığı zamanı Tramp Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün iqtisadi zorakılıqdan istifadə etmək təhdidlərindən geri çəkilmədi. Biz Trampla ticarət müharibəsi istəmirik, lakin Danimarka iş adamları ilə birlikdə buna hazırlaşırıq”, - deyə Baş nazir qeyd edib.
Yanvarın 15-də Frederiksen Trampa deyib ki, Qrenlandiya müstəqil olub-olmamağa özü qərar verəcək. Danimarka hökumətinin başçısı bildirib ki, Kopenhagen Arktikada təhlükəsizliyi təmin etmək üçün daha çox öhdəlik götürəcək.