Tramp aprelə qədər Ukraynadakı münaqişəni həll edə bilər

Dünya

10.01.2025 - 09:21

Həkimlər Klinikalar SEO Xidməti

Britaniya XİN başçısı: “Trampın Ukraynadakı münaqişəni bir günə həll etməsi mümkün deyil”

“ABŞ-ın yeni Prezidenti Donald Trampın rəhbərliyi altında Ukraynadakı münaqişənin həllinə aprelin sonuna kimi nail olmaq mümkündür”. AYNA xəbər verir ki, bu sözləri Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi bildirib.

“Tramp hələ hakimiyyətə gəlməyib. Son bir neçə gündə gördüklərimə görə, onun anlaşmanın yanvarın 21-də əldə ediləcəyi ilə bağlı anlayışında bir qədər geriləmə əlamətləri var”, - deyə qeyd edib.

XİN rəhbəri Trampın Ağ Evə qayıdarkən Ukrayna münaqişəsini bir gündə həll edəcəyinə dair seçki kampaniyası vədinə toxunaraq, "məncə, bu, indi mümkün deyil" deyə söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş