Tovuzda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Hadisə

21.06.2024 - 17:05

Həkimlər Klinikalar SEO Xidməti

Qəza nəticəsində xəsarət alan 2 nəfər xəstəxanaya çatdırılıb

Tovuz rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Tovuz şəhər bazarının yaxınlığında baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü N.Cəfərovun idarə etdiyi avtomobil bir neçə avtomobilə çırpılıb. Zəncirvari qəza nəticəsində N.Cəfərov ölüb, 1970-ci il təvəllüdlü K.Şirinova və 1956-cı il təvəllüdlü Q.Şirinov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az