Tovuz istiqamətində Ermənistanın kvadrokopteri zərərsizləşdirilib

Xəbərlər

17.04.2024 - 11:59

Erməni kvadrokopter mövqelərimiz üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib

Azərbaycan Ordusu Tovuz istiqamətində Ermənistanın kvadrokopterini zərərsizləşdirib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Müəllif: Ayna.az