Tomas Bax koronavirusa yoluxub

Dünya

29.11.2022 - 05:25

Bax Beynəlxalq Federasiya Forumunun açılışına onlayn formada qatılacaq

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (IOC) Tomas Bax koronavirusa yoluxub. AYNA-nın "Inside the games"ə istinadən məlumatına görə, 69 yaşlı funksionerin testi müsbət çıxıb.

Bax bu səbəbdən İsveçrənin Lozanna şəhərində Beynəlxalq Federasiya Forumunun (İF Forum) açılışına onlayn formada qatılacaq.

Qeyd edək ki, Tomas Bax 2013-cü ildən IOC-un prezidentidir.

Müəllif: Ayna.az