Qazaxıstan Prezidenti əmisi Kasım Boltayevin dəfn olunduğu Trubino kəndindəki kütləvi məzarlığa da baş çəkəcək
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev mayın 8-9-da Rusiyada işgüzar səfərdə olacaq və Böyük Vətən müharibəsindəki qələbənin 78-ci ildönümü münasibətilə keçiriləcək paradda iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Celdibay məlumat verib.
Onun sözlərinə görə, Tver vilayətində Tokayev Rjev memorialını ziyarət edəcək, həmçinin əmisi Kasım Boltayevin dəfn olunduğu Trubino kəndindəki kütləvi məzarlığa baş çəkəcək.
Celdibay bildirib ki, mayın 9-da Qazaxıstan Prezidenti Rusiya lideri Vladimir Putinin dəvəti ilə Qələbə paradında iştirak edəcək.