Tokayev Çinə gedəcək

Dünya

27.03.2024 - 16:03

Qazaxıstan Prezidenti Çində iki gün işgüzar səfərdə olacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 28-29-da Çində işgüzar səfərdə olacaq. AYNA xəbər verir ki, bu barəıdə Qazaxıstan mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, səfər proqramına Boao Asiya Forumunun sessiyasında iştirak daxildir.

“Səfər proqramına Çin Xalq Respublikasının rəhbərliyi, beynəlxalq təşkilatların və iri Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər daxildir”, - məlumatda qeyd olunub.

Boao Asiya Forumu 2024-ün illik toplantısı martın 26-da başlayıb və martın 29-dək Çinin cənubundakı Hainan əyalətində davam edəcək. Bu il tədbirə dünyanın 60-dan çox ölkə və regionundan 2 minə yaxın nümayəndə qatılıb. Görüşün əsas mövzusu “Asiya və dünya: ümumi çağırışlar, ümumi məsuliyyət” olub.

Gündəliyə qlobal iqtisadiyyat, elmi və texnoloji innovasiyalar, sosial inkişaf, beynəlxalq əməkdaşlıq və çağırışlara birgə cavab kimi məsələlər daxildir.

Müəllif: Ayna.az