Avropa İttifaqının xüsusi nümayəndəsi səfərinə İrəvandan başlayacaq
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yenidən regiona gəlir. AYNA xəbər verir ki, bu barədə o, “Twitter”dəki hesabında yazıb.
Klaar bu dəfə səfərinə İrəvandan başlayacaq.
“Mən Münhen görüşlərinin nəticələri ilə bağlı bir sıra məsləhətləşmələr aparmaq niyyətindəyəm. Yaxşı görüşlər gözləyin”, - deyə o yazıb.
Qeyd edək ki, Toivo Klaar sonuncu dəfə yanvarın 23-də Ermənistanda olub. Onun yüksək vəzifəli şəxslərlə görüşləri, müzakirələri keçirilib.
Xatırladaq ki, fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.