Tərtərdə qəbiristanlıqdan oğurluq edilib

Xəbərlər

10.09.2022 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

Məzarların ətrafındakı metal hasarları oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb

Tərtərdə oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Borsunlu kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafındakı metal hasarları oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Araşdırmalarla onların həmin kənd sakinləri V.Əlizadə, N.Qasımov və Ü.Əlizadə olduqları müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş