“Tərtər işi”ndə azadlığa buraxılanların və bəraət alanların adları açıqlanıb

Xəbərlər

06.12.2022 - 14:56

19 nəfər azadlığa buraxılıb, onlardan 10-u bəraət alıb

"Tərtər işi" ilə bağlı azadlığa buraxılmış və ölümündən sonra bəraət almış şəxslərin adları məlum olub.

AYNA xəbər verir ki, siyahını hüquq müdafiəçisi Rəsul Cəfərov yayıb.

Vəkil bildirib ki, ümumilikdə 19 nəfər azadlığa buraxılıb, onlardan 10-u bəraət alıb. Bundan əlavə, vəfat edən daha iki hərbçinin də günahsız olduğu üzə çıxıb və onlara da bəraət verilib.

Həmin siyahını təqdim edirik:

1-ci iş üzrə

  1. Baş leytenant Zeydullayev Sultan Ramazanoviç, Bakı şəhəri
  2. Baş leytenant Əhmədov Faiq Əlibəy oğlu, Salyan şəhəri
  3. Leytenant Əliyev Nasif Mehman oğlu, Bakı şəhəri
  4. Leytenant Orucov Rauf Rəşid oğlu, Sumqayıt şəhəri
  5. Leytenant Rəhimov Atabəy Müqabil oğlu, Lerik rayonu, Orand k.
  6. Gizir Adilzadə Emin Qadir oğlu, Beyləqan rayonu, Milabad qəs.
  7. Gizir Qasımov Məcid Kamal oğlu, Qazax rayonu, Canallı k.
  8. MAXE Mehtiyev Mirpaşa Zahid oğlu, Ağcabədi ray.Sarıcalı k.
  9. MAXE Əhmədli Müşviq Seymur oğlu, Bərdə şəhəri
  10. MAXE Quliyev Əlizamin Ələmdar oğlu, Tərtər ray. Qapanlı k.
  11. Əsgər İbrahimli Turan Marif oğlu, İsmayıllı ray. Eyyubbəyli k.

2-ci iş üzrə

  1. Gizir Rzayev Nicat Qabil oğlu, Qazax ray. Ürkməzli k.
  2. Gizir Babayev Orxan Nəriman oğlu, Biləsuvar ray. Aşağı Cürəli k.
  3. MAXE Quluzadə Altay Natiq oğlu, Tərtər ray. Ağkənd k.
  4. MAXE Abdullayev Zaur Akif oğlu, Gəncə şəhəri
  5. MAXE Xəlilov Vəli Sovxoz oğlu, Mingəçevir şəhəri
  6. MAXE Aibov Emin Hörmət oğlu, Bakı şəhəri
  7. Əsgər Tarverdizadə Yalçın Əmir oğlu, Lənkəran ray. Balaşürük k.

3-cü iş üzrə

  1. Əliyev Emil Abdulnasir oğlu, Xaçmaz ray. Bostançı k.

Ölümündən sonra bəraət almış hərbi qulluqçular:

  1. Hüseynov Mehman Telman oğlu, Tərtər rayonu, Cəmilli k.
  2. Ağazadə Elxan Kamaləddin oğlu, Tərtər rayonu, Qaradağlı k.
Müəllif: Ayna.az