Suallarla bağlı nazirliyin çağrı mərkəzlərinin nömrələri ilə əlaqə yaratmaq mümkündür
Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətin daha da təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə çağrı mərkəzlərinin əlaqə nömrələrində dəyişiklik edib. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən, çağrı mərkəzlərinin əlaqə nömrələrinin xidmət istiqamətləri yenilənib. Bundan sonra yaranan suallarla bağlı nazirliyin çağrı mərkəzlərinin nömrələri ilə əlaqə yaratmaq mümkündür.