Tehranda XİN başçılarının "3+3" formatında görüş keçiriləcək

Xəbərlər

22.10.2023 - 16:28

cedabet dərman SEO Xidməti

Görüşdə regional məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan arasında sülh danışıqları da müzakirə mövzusu olacaq

Sabah Tehranda xarici işlər nazirləri səviyyəsində "3+3" formatında görüş keçiriləcək. AYNA APA-ya istinadən xəbər verir ki, oktyabrın 23-də Tehranda "3+3" formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.

Görüşdə regional məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan arasında sülh danışıqları da müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun oktyabrın 23-də Tehranda danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş