Tehranda təhlükəsizlik tədbirləri artırılıb

Dünya

20.05.2024 - 01:44

Həkimlər Klinikalar SEO Xidməti

SEPAH paytaxtda təhlükəsizlik məntəqələri yaradıb

İranın paytaxtı Tehran şəhərinin müxtəlif yerlərində təhlükəsizlik səviyyəsi artırılıb.

AYNA İran mediasına iatinadən bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə paytaxtında təhlükəsizlik məntəqələri yaradıb.

Qeyd edək ki, İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Hava karvanında üç helikopter olub, nazirlər və rəsmilərin olduğu iki helikopter sağ-salamat təyinat yerinə çatıb. Prezidenti aparan helikopterdə Təbrizin cümə imamı Ayətullah əl-Haşem və xarici işlər naziri Əmir Abdullahian da olub.

Müəllif: Ayna.az