Təbiət qoruğunda ov edən şəxs saxlanılıb

Xəbərlər

10.01.2023 - 15:14

cedabet dərman SEO Xidməti

Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxs saxlanılıb.

AYNA xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib.

Qeyd edib ki, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Emil Əsgərov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

“Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə milli parkın ərazisində mühafizə rejimini pozan Masallı rayon sakini Müqəddəs Şahbazov saxlanılıb”.

Xidmət rəsmisinin sözlərinə görə, hər iki faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş