Tbilisidə 10 nəfər etirazçı saxlanılıb

Dünya

09.03.2023 - 07:35

cedabet dərman SEO Xidməti

“Saxlanılan şəxslərdən qanunla qadağan olunmuş əşyalar götürülüb”

Martın 8-də Tbilisinin Rustaveli prospektində, Gürcüstan Parlamentinin binası yaxınlığında polisin qanuni tələbinə tabe olmayan 10 nəfər etirazçı saxlanılıb.

AYNA xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, saxlanılan şəxslər üzərində qanunla qadağan olunmuş əşyalar və dəyənəklər göründükdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb və kənar baxış keçirilib.

“Məlum olub ki, onlar küçədə etiraz aksiyasına zorakılıq hərəkətləri üçün nəzərdə tutulmuş əşyalar, o cümlədən səsboğucu tapançalar, dəyənəklər, daşlar, müxtəlif pirotexniki vasitələr, boyalar və qanunla qadağan olunmuş digər əşyalar aparıblar. Polis onları sübut kimi götürüb”, - məlumatda bildirilib.

Bildirilib ki, polis əməkdaşları ərazidədir və öz səlahiyyətləri çərçivəsində mitinq iştirakçılarına baxış keçirir, onları yoxlayır.

Qeyd edək ki, Gürcüstan Parlamenti binası yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası iki gündür davam edir. Küçələrdə 10 minlərlə adam etirazını bildirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş