Zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib
Bazar günü Tayvanın şərqində 7,2 bal gücündə zəlzələ baş verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Yujing bölgəsində, ocaq isə təxminən 10 km dərinlikdə yerləşib.
Yaponiyanın Okinava prefekturasındakı Miyakojima adasında sunami xəbərdarlığı edilib.
Dalğanın hündürlüyü təxminən 1 m ola bilər.