Tanınmış futbolçu karyerasını başa vurur

İdman

28.12.2021 - 23:09

Oyunçu başqa komandanın formasını geyinmək istəmir

İspaniya "Real Madrid"inin futbolçusu Marselo peşəkar karyerasını başa vurmağa hazırlaşır.

AYNA "Marca"ya istinadən xəbər verir ki, braziliyalı müdafiəçi 2022-ci ilin yayında "kral klubu"ndan yeni müqavilə təklifi almasa, futbolla vidalaşacaq.

33 yaşlı oyunçu başqa komandanın formasını geyinmək istəmədiyi üçün bu addımı atmaq niyyətindədir.

Qeyd edək ki, 2007-ci ildən "Real Madrid"də çıxış edən Marselo bu mövsüm cəmi 5 oyunda meydanda olub.

Müəllif: Ayna.az