Toqquşmada yüngül və ağır silahlardan istifadə olunub
“Taliban” Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində İŞİD terrorçu qruplaşmasının bazasını məhv edib.
AYNA xarici mediaya istinadən bildirir ki, bu gün səhər saatlarında Zanqvay kəndində "taliblər"lə İŞİD silahlıları arasında baş verən toqquşmada yüngül və ağır silahlardan istifadə olunub.
Nanqarhar əyalətinin polis bölməsindəki mənbənin sözlərinə görə, döyüş nəticəsində biri qadın olmaqla üç İŞİD silahlısı öldürülüb, biri isə sağ olaraq ələ keçirilib.
Bir müddət öncə “Taliban” hərəkatı tərəfindən təyin olunan Əfqanıstan Silahlı Qüvvələrinin qərargah rəisi Qari Fasihuddin İŞİD qruplaşmasının ölkənin bəzi rayonlarında mövcud olan üzvlərinin sabitliyə təhdid yaratdığını bildirib.