"Taliban” Cauzdan əyalətinə nəzarəti ələ keçirib

Dünya

07.08.2021 - 20:40

Həkimlər Klinikalar SEO Xidməti

Cauzdan həbsxanasının müdiri polkovniki Munavar Omari öldürülüb

 

Əfqanıstanın şimalındakı Cauzdan əyaləti tamamilə "Taliban" hərəkatının nəzarəti altına keçib.

 

AYNA xəbər verir ki, bu barədə Cauzdanın qubernatorunun müavini Əbdül Qədir Maliaya istinadən “Pajhwok Afghan News” agentliyi bildirib.

 

O, qeyd edib ki, hökumət qüvvələri hazırda Şiberqandan 15 kilometr şərqdə doğru geri çəkilib.

 

Bundan başqa, agentlik mənbəyə istinadən bildirib ki, silahlılarla toqquşmanın gedişatında Cauzdan həbsxanasının müdiri polkovniki Munavar Omari öldürülüb.

 

Daha əvvəl Əfqanıstanın Müdafiə Nazirliyi 14 başqa terrorçu ilə birlikdə "Taliban"ın "kölgə qubernatoru" Abid Mavlavinin zərərsizləşdirilməsi barədə bildirib. Müdafiə Nazirliyin bəyanatına görə, hərəkatın üzvləri Nimis əyalətinin Zarancı şəhərində toplantı zamanı məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş