Tacikistan nümayəndə heyəti ilə görüş olub

Xəbərlər

26.02.2024 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan və Tacikistan arasında əlaqələrin daim genişlənməkdə olduğunu, sosial sahədə də ikitərəfli əməkdaşlığın inkişafı üçün aparılan işlərin əhəmiyyətini qeyd edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası, ölkəmizdə icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Habelə sosial sahədə innovativ həllərin, elektron texnologiyaların geniş tətbiqi istiqamətində görülən işlər, əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar, “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri diqqətə çatdırılıb.

K.Davlatzoda iki ölkə arasında sosial əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, sosial islahatlar prosesində təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb.

Görüşdə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş