Şuşadakı məktəbin tikintisi yekunlaşır

Xəbərlər

30.10.2022 - 21:09

cedabet dərman SEO Xidməti

Nazir: “Əhali oraya köçürüldükcə, bu məktəblər də istifadəyə veriləcək”

Növbəti tədris ilindən işğaldan azad edilmiş ərazilərdə tik-ilən məktəblərdə tədris başlanıla bilər.

AYNA xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “45 dəqiqə” adlı təhsil proqramında deyib.

Şuşada yeni məktəbin tikintisinin başa çatmaq üzrə olduğunu bildirən nazir, bu tədris mövsümünün sonunadək işlər-in tamamlanacağını söyləyib.

“Ağdamda 1 nömrəli orta məktəbin də tikintisi yekunlaşır. Hər iki məktəb növbəti tədris ilindən istifadəyə veriləcək. Azad edilən ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrinin ailələri məktəblər fəaliyyətə başladıqdan sonra həmin yerlərdə yaşaya bilər. Əhali oraya köçürüldükcə, bu məktəblər də istifadəyə veriləcək”,- deyə Emin Əmrullayev əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş