Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5,8 min nəfəri ötüb

Dünya

15.02.2023 - 06:12

cedabet dərman SEO Xidməti

Suriyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

Suriyada fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 5,8 min nəfəri ötüb. AYNA xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə və Suriyada zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntılara və on minlərlə itkilərə səbəb olub.

Zəlzələ nəticəsində Türkiyədə 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir. Təbii fəlakət nəticəsində iki ölkədə həlak olanların ümumi sayı 41,2 min nəfəri ötüb.

Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş