Helikopterin ekipajı həlak olub
Suriyanın Həma şəhərində hərbi helikopter qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, helikopter yaşayış binalarının üzərinə düşüb.
Suriyanın Müdafiə Nazirliyi helikopterin ekipajının həlak olduğunu bildirib. Amma binaların sakinləri arasında itkilər barədə məlumat verilməyib.
Məlumatda helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı qeyd olunub.