1 avtomat, 2 daraq və 46 ədəd patron aidiyyəti üzrə təhvil verilib
İşğaldan azad olunmuş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın toplanması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Suqovuşan qəsəbəsindən silah-sursat aşkar olunub. Tapılan 1 avtomat, 2 daraq və 46 ədəd patron aidiyyəti üzrə təhvil verilib.