Sülhməramlıların avtomobilləri Laçın yolundan sərbəst keçib

Xəbərlər

28.03.2023 - 16:52

Avtomobillər dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.

AYNA xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat və beş minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların iki təminat, bir evakuasiya və üç minik avtomobili Laçın istiqamətinə gedib.

Müəllif: Ayna.az