14 nəqliyyat vasitəsi Laçın istiqamətinə sərbəst keçib
Bir qədər öncə Rusiya sülhməramlılarına məxsus daha 14 avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ərazisindən sərbəst keçib.
AYNA xəbər verir ki, Xankəndidən gələn 13-ü yük, 1-i isə minik avtomobili olmaqla, 14 nəqliyyat vasitəsi Laçın istiqamətinə gedib.
Aksiyanın 71-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etməsi təmin olunub.