Aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 19, BQXK-nin isə 6 avtomobili keçib
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 64-cü günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AYNA xəbər verir ki, bir neçə dəqiqə əvvəl sülhməramlılara məxsus 12 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 19, BQXK-nin isə 6 avtomobili keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.