Suriya ərazisində daha 19 terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. AYNA Xəbər verir ki, bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, əməliyyat nəticəsində daha 19 terrorçu zərərsizləşdirilib.
“Terrorçulardan üçü “Sülh çeşməsi”, 16-sı isə “Zeytun budağı” antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə məhv edilib”, - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, Suriya ərazisində aparılan antiterror əməliyyatları davam edir.