Sudanda döyüşlərdə 12 mülki şəxs həlak olub

Dünya

26.06.2023 - 07:30

cedabet dərman SEO Xidməti

Sudanda döyüşlər aprelin ortalarından davam edir

Sudanın Cənubi Darfur əyalətində gedən döyüşlərdə azı 12 dinc sakin həlak olub.

AYNA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bu arada, Çevik Reaksiya Qüvvələri Cənubi Xartum Mərkəzi Ehtiyat Polisinə məxsus düşərgəni nəzarətə götürdüyünü bildirib. Çevik Reaksiya Qüvvələri döyüşçülərinin bəzilərinin anbardan sursat qutuları daşıyan videogörüntülərini yayımlayıb.

Sudanda döyüşlər aprelin ortalarından davam edir. Ölkənin silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar gedir. Artıq döyüşlər üç mindən çox insanın həyatına son qoyub, altı mindən çox insan yaralanıb. Toqquşmalar qonşu ölkələrə miqrasiyanın və ölkə daxilində insanların köçünün kəskin artmasına səbəb olub, hazırda 2,2 milyondan çox qaçqın var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş