Sudanda 1 həftəlik atəşkəsə dair razılıq əldə olunmayıb

Dünya

03.05.2023 - 07:58

cedabet dərman SEO Xidməti

Sudan Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) Sudan ordusu ilə 7 günlük atəşkəsə razı olmayıb.

AYNA “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə hərbi birləşmənin rəisinin müşaviri Yusif İzzət məlumat verib.

O vurğulayıb ki, ümumiyyətlə, ÇRQ atəşkəs ideyasını rədd etmir.

“Yeddi günlük atəşkəsə dair razılaşmamız haqqında danışmaq tezdir. Hazırda 1 həftəlik atəşkəsə razı deyilik”, - Yusif İzzət telekanala açıqlamasında deyib.

Daha əvvəl bildirilmişdi ki, Sudanın Keçid Şurasının rəhbəri və ordunun baş komandanı Əbdülfəttah əl-Burhan və ÇRQ-nin rəhbəri Məhəmməd Həmdan Daqlo mayın 4-dən 11-dək atəşkəsə dair prinsipial razılığa gəliblər. 11-ə. İdarədə həmçinin iddia ediblər ki, tərəflər sülh danışıqlarına başlamaq üçün nümayəndələr təyin etmək barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş