Şoyqu: "Sülhməramlılar Qarabağ bölgəsinə həyat gətirib" 

Xəbərlər

28.12.2021 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

"Sülhməramlılar hazırda regionda planlaşdırılan profil tapşırıqlarını həll edir"

"Rusiya hərbçiləri Qarabağdakı çətin vəziyyəti sakitləşdirib və planlı sülhməramlı işlərə başlayıblar". AYNA xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Nazir bildirib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti döyüşən tərəfləri ayırmaq üçün mürəkkəb tapşırıqları yerinə yetirib: "Sülhməramlılar hazırda regionda planlaşdırılan profil tapşırıqlarını həll edir. Sülhməramlı qüvvələrimizi təqdim etməklə biz vəziyyəti sakitləşdirməyə nail olduq və planlı işlərin görülməsi üçün növbəti addımlar atılır. Bu bölgəyə həyat tədricən qayıdır. Orada daha çox sülh və əmin-amanlıq hökm sürür”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş