Sovet dövründə Bakıda tikilmiş bütün yaşayış binaları söküləcək – RƏSMİ

Xəbərlər

02.11.2022 - 11:53

cedabet dərman SEO Xidməti

Söküləcək binalar həm beşmərtəbəli, həm də doqquzmərtəbəlilərdir

Bakıda köhnə binalar söküləcək, əvəzində yeniləri inşa ediləcək. AYNA xəbər verir ki, bu barədə “XəzərXəbər”ə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  bildirib.

Mer deyib ki, paytaxtda məskunlaşan hər iki sakindən biri SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır: “Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək”.

Söküləcək binalar həm beşmərtəbəli, həm də doqquzmərtəbəlilərdir. Şəhər meri qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.

Həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.

Eldar Əzizovun sözlərinə görə, proses daimi xarakterlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş