Son sutkada neçə nəfər peyvəndlənib?

Xəbərlər

27.11.2022 - 18:59

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 326 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 171, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 25 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 921 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 537, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 784, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 214, pozitiv nəticədən sonra buster doza olunanların sayı 263 852 təşkil edir.

Müəllif: Ayna.az