Son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb

Xəbərlər

21.03.2023 - 23:59

Nazirlər Kabineti peyvəndləmə ilə bağlı statistikanı açıqlayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, vurulan peyvəndlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 733, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 665, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 871 nəfər təşkil edir.

Müəllif: Ayna.az