Azərbaycanda koronavirusa qarşı peyvəndlənənlərin sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə yalnız bir peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 913 928, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 658, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 001, üç və daha çox doza vaksin vurduranların sayı 3 388 016, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 253 təşkil edir.