Son sutkada COVID-19-dan ölən olmayıb

Aktual

01.06.2023 - 16:42

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 849 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 516 nəfər müalicə olunaraq sağalıb, 10 274 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.

Ölkədə son sutka ərzində 936, hazırkı dövrədək isə 7 623 270 test aparılıb.

Müəllif: Ayna.az