Şolts Ukraynanın Qərb silahları ilə Rusiyaya zərbə endirməsinin əleyhinədir

Dünya

13.11.2024 - 22:46

Həkimlər Klinikalar SEO Xidməti

“Tədarük etdiyimiz silahların Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə oluna biləcəyi fikrinə qarşıyam”

Almaniya kansleri Olaf Şolts Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək hüququnun verilməsinin əleyhinədir. AYNA xəbər verir ki, bu barədə Şolts Bundestaqdakı çıxışında bildirib.

"Mən bu məsələ ilə bağlı mövqeyimi bir daha təkrar edirəm: tədarük etdiyimiz silahların Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə oluna biləcəyi fikrinə qarşıyam", - kansler vurğulayıb.

Müəllif: Ayna.az