Söhbət zamanı geosiyasi çağırışlar və ikitərəfli münasibətlər müzakirə olunub
Almaniya kansleri Olaf Şoltsla ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı geosiyasi çağırışlar və ikitərəfli münasibətlər müzakirə olunub. AYNA xəbər verir ki, bu barədə “Reuters” Almaniya hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Kansler Almaniya hökumətinin iki ölkə arasında onilliklər boyu davam edən uğurlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğuladı. Onlar həmçinin Avropada sülhün bərqərar olması üçün birgə işləmək barədə razılığa gəliblər”, - Nazirlər Kabinetinin nümayəndəsi bildirib.