Şolts: "Almaniya hərbi qulluqçularını Ukraynaya göndərməyəcək"

Dünya

03.03.2024 - 02:35

Almaniya kansleri: "Biz Rusiya ilə NATO arasında müharibə istəmirik"

Almaniya kansleri Olaf Şolts Romada Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı Ukraynaya hərbçilərin göndərilməsinin əleyhinə çıxış edib.

Bu barədə AYNA TASS-a istinadən xəbər verir.

“Avropalı əsgərləri Ukraynaya göndərməyəcəyik. Biz Rusiya ilə NATO arasında müharibə istəmirik və bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”, - Şolts bildirib.

Onun sözlərinə görə, NATO üzvləri münaqişə tərəfinə çevrilməməlidir.

Müəllif: Ayna.az