Sloveniyanın XİN başçısı Ermənistan və Azərbaycana səfər edəcək

Xəbərlər

15.04.2025 - 15:56

Həkimlər Klinikalar SEO Xidməti

Fajon Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması məsələsini müzakirə edəcək

Sloveniyanın xarici işlər naziri Tanya Fajon Azərbaycana və Ermənistana səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə STA agentliyi məlumat yayıb.

Nazir Azərbaycana səfəri çərçivəsində Baş nazir Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq. Fajon Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması məsələsini, o cümlədən enerji sahəsində əməkdaşlığı müzakirə edəcək. Nazir Bakıda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclasında və biznes forumda da iştirak edəcək.

Fajon bu gün Ermənistana iki günlük səfər edəcək və aprelin 17-də Azərbaycana gələcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş