Siyəzəndə bir ailənin 2 üzvü dəm qazından ölüb

Xəbərlər

02.03.2023 - 00:36

cedabet dərman SEO Xidməti

Xəstəxanaya çatdırılsalar da, onları xilas etmək mümkün olmayıb

Siyəzəndə iki nəfər dəm qazından zəhərlənərək ölüb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin S. Xeyrullayev, 63 ünvanında baş verib.

Belə ki, Siyəzən şəhər sakinləri 1977-ci il təvəllüdlü Arzu Adıgözəl oğlu Quliyev və həyat yoldaşı 1976-cı il təvəllüdlü Ruhiyyə Oqtay qızı Quliyeva dəm qazından zəhərləniblər.

Hər iki şəxs Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş